Mingəçevir sakinindən silah-sursat götürülüb

Mingəçevir sakinindən silah-sursat götürülüb
# 03 iyun 2018 20:24 (UTC +04:00)

Mingəçevirdə üzərində qanunsuz olaraq odlu silah və sursat gəzdirən şəxs tutulub. Şəhər polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü Vaqif Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Polis əməkdaşları onun üzərinə baxış keçirən zaman 1 ədəd 12 kalibr kustar üsulla hazırlanmış lüləsi kəsik odlu silah, sellofan torbanın içərisində sink qutuda 357 ədəd pulemyot və 20 ədəd avtomat gülləsi aşkarlanaraq götürülüb. Vaqif Hüseynov silah-sursatı haradan əldə etmədi barədə dəqiq məlumat verməyib. O, silahı tapdığını bildirib. Saxlanılan şəxsin əvvələr məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR