Bank Of Baku

Co Bayden oğlu Hanteri əfv edərək Trampın tənqidi ilə üzləşib

Co Bayden oğlu Hanteri əfv edərək Trampın tənqidi ilə üzləşib
# 02 dekabr 2024 07:13 (UTC +04:00)

Amerikanın hazırkı lideri Co Bayden oğlu Hanteri əfv edib.

APA xəbər verir ki, bu barədə Baydenin Ağ Ev tərəfindən yayılan bəyanatında deyilir.

“Hunter sırf mənim oğlum olduğu üçün hədəfə alındı ​​və bu yanlışdır”, - Bayden qeyd edib.

Məsələyə ölkədə seçilən yeni prezident Donald Tramp da münasibət bildirib.

Onun sözlərinə görə, Co Baydenin oğlu Hanteri əfv etmək qərarı sui-istifadə və ədalətin pozulması nümunəsidir.

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli bilinib. O həmçinin 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR