Bank Of Baku

Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur

Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
# 27 iyun 2026 08:16 (UTC +04:00)

İsrail və Livan arasında bağlanmış çərçivə sazişi İsrail qüvvələrinin Livandan tədricən geri çəkilməsini nəzərdə tutur.

APA xəbər verir ki, bu, ABŞ, İsrail və Livan rəsmiləri tərəfindən Vaşinqtonda imzalanmış və Dövlət Departamenti tərəfindən 26 iyunda dərc edilmiş sənədin mətnində bildirilib.

Sazişdə qeyd olunur ki, İsrail və Livan münaqişəyə son qoymaq və onun kökündə duran səbəbləri aradan qaldırmaq niyyətindədir.

Sazişə əsasən, tərəflər Livan Silahlı Qüvvələri tərəfindən bütün Livan üzərində effektiv suveren nəzarətin bərpası, eləcə də Livanda qeyri-hökumət qruplarını tərksilah etmək və onlarla əlaqəli infrastrukturu sökmək istiqamətində işləməyi öhdəsinə götürür.

Sazişdə bunun İsrail qüvvələrinin Livan ərazisindən tədricən geri çəkilməsinə imkan verəcəyi göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR