Ekvador polisi ölkənin Esmeraldas əyalətində keçirilən əməliyyat zamanı CNN telekanalının loqosu olan paketlərdə 1,6 ton kokain aşkar edərək müsadirə edib.
APA xəbər verir ki, polisin məlumatına görə, San-Qreqorio kəndində 1611 paket kokain hidroxlorid aşkarlanıb.
Əməliyyat bir neçə ay davam edən istintaqdan sonra keçirilib. Ərazidə narkotiklərin dəniz yolu ilə daşınması üçün istifadə olunduğu ehtimal edilən motorlu qayıq və 757 litr yanacaq da tapılıb.
Müsadirə olunan kokainin dəyərinin Ekvadorun daxili bazarında təxminən 1,8 milyon dollar, ABŞ bazarında isə 48 milyon dollar olduğu bildirilir.