Ağdamda yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, qəza Quzanlı-Əfətli yolunun Xındırıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını "Chevrolet Cruze" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə iki nəfər, 1987-ci il təvəllüdlü Səmədov Taleh Xudaverdi oğlu və 2001-ci il təvəllüdlü İsmayılzadə Türkan Nofəl qızı xəsarət alıb. Onlar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.
Elgün Gəncimsoy