Bank Of Baku

FTB direktoru: Çarli Kirkin qətli ilə bağlı məhkəmə prosesi illərlə çəkə bilər

FTB direktoru Keş Patel

© APA | FTB direktoru Keş Patel

# 04 fevral 2026 04:08 (UTC +04:00)

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel, amerikalı mühafizəkar siyasi fəal Çarli Kirkin qətlində ittiham olunan Tayler Ceyms Robinsonun məhkəmə işinin uzunmüddətli xarakter daşıyacağını bəyan edib.

APA xəbər verir ki, fevralın 3-də "Fox News" telekanalına müsahibə verən büro rəhbəri qeyd edib ki, cinayət işinin mürəkkəbliyi prosesin sürətlə yekunlaşmasına imkan verməyə bilər.

"Söhbət ştat səviyyəsində qaldırılmış qətl ittihamlarından gedir. Qətl işlərinə baxılması çox vaxt aparır, bəzən bu proses illərlə davam edir", – deyə K. Patel bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR