Bank Of Baku

FTB məktəbdə baş verən atışmanı terror aktı kimi qiymətləndirib

FTB məktəbdə baş verən atışmanı terror aktı kimi qiymətləndirib
# 28 avqust 2025 04:21 (UTC +04:00)

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində baş verən və iki uşağın ölümü ilə nəticələnən atışma terror aktıdır və artıq araşdırılır.

APA xəbər verir ki, bu barədə avqustun 27-də FTB-nin rəhbəri Keş Patel məlumat verib.

"FTB bu atışmanı daxili terror aktı və katoliklərə qarşı yönəlmiş nifrət cinayəti kimi araşdırır", - o, bildirib.

Patelin sözlərinə görə, hadisə zamanı 14 azyaşlı və üç böyük şəxs də yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR