Məhəmməd Barkindo: "Azərbaycan OPEC-ə üzv və qeyri-üzv dövlətlərin əldə etdiyi razılaşmalarda çox əhəmiyyətli rolu olan ölkədir"

Məhəmməd Barkindo: "Azərbaycan OPEC-ə üzv və qeyri-üzv dövlətlərin əldə etdiyi razılaşmalarda çox əhəmiyyətli rolu olan ölkədir"
# 19 mart 2018 12:54 (UTC +04:00)

"Biz çox şadıq ki, sülh və əmin-amanlığın, inkişafın olduğu ölkəyə səfər etmişik. Həmkarımın da xatırlatdığı kimi, biz prezidentlə çox səmərəli və faydalı görüş keçirmişik".

APA-Economics” xəbər verir ki, bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Azərbaycan energetika naziri Pərviz Şahbazovla görüşdən sonra deyib.

Onun sözlərinə görə, Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin əldə etdiyi razılılaşmalarda çox əhəmiyyətli rolu olan ölkədir. M.Barkindo neft bazarında ən çətin dövrdə OPEC sövdələşməsinə razılıq verərək bazarda hasilatın balanslaşdırılmasına etdiyi köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq edib.

"OPEC-ə üzv və qeyri-üzv dövlətlərin görüşlərindən birinin Bakıda keçirilməsi ilə bağlı təklifə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirəm. Biz Azərbaycanla neft bazarının balanslaşdırılması çərçivəsində münasibətlərimizi necə inkişaf etdirə biləcəyimizin yollarını axtarırıq. Biz yalnız Azərbaycanla deyil, OPEC və qeyri-OPEC ölkələri ilə də gələcəkdə sabitlik üçün əməkdaşlığı müzakirə etdik. Hazırda hasilatın balanslaşdırılması üçün hansı yollardan istifadə edə bilərik, hansı işləri görə bilərik. Bunun üçün yollar axtarırıq”, - deyə M.Barkindo vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR