Şəmkir sakinini bıçaqlayan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Şəmkir sakinini bıçaqlayan şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 13 yanvar 2017 16:50 (UTC +04:00)

Şəmkir rayon sakinini bıçaqlayan şəxsin kimliyi məlum olub.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, bu gün Şəmkir rayon Sərxan kəndində 1993-cü il təvəllüdlü Məhəmməd Məhəmmədlini onun həmyerlisi 1997-ci il təvəllüdlü Anar Lətiflinin bıçaqladığı məlum olub.

Cinayətin toya dəvət üstündə törədildiyi bildirilir.

Lətiflinin bir neçə gün öncə toyu olan M. Məhəmmədlini onu məclisə dəvət etməməsindən hiddətlənərək bıçaqladığı söylənilir.

Hazırda Şəmkir rayon Polis Şöbəsi A. Lətiflinin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri keçirir.

*** 16.01

Şəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Sərxan kənd sakini, 1993-cü il təvəllüdlü Məhəmmədli Məhəmməd Yura oğlu döş qəfəsinin sağ hissəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. M. Məhəmmədlinin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR