150 min manatlıq dələduzluqda təqsirləndirilən ana-oğula bəraət verilib

150 min manatlıq dələduzluqda təqsirləndirilən ana-oğula bəraət verilib
# 28 noyabr 2017 13:45 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkili Ceyhun Yusifov müdafiə nitqi ilə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Təqsirləndirilən şəxslərin digər vəkili Hafiz Ələsgərov da çıxışında onların günahsız olduğunu və bəraət verilməsini məhkəmədən xahiş edib. Təqsirləndirilən şəxslər də məhkəmədə son söz deyərək günahsız olduqlarını bildiriblər. Sonra prosesə hökm oxunub.

Hökmə əsasən, K. Dostumalıyevaya bəraət verilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb. Digər şəxsə də bəraət verilib.

Qeyd edək ki, onlar Bakı şəhərində "Sədərək" ticarət mərkəzində mağaza açmaq adı ilə zərərçəkmiş Rəna Verdiyevanın 150 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunublar. Barəsində həbs qətimkan tədbiri seçilən K. Dostumalıyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. K. Yusifov barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR