Kanadanın xarici işlər naziri Melani Coli və maliyyə naziri Dominik Leblan ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə görüşmək üçün ABŞ-yə səfər edəcək.
APA xəbər verir ki, bu barədə “CTV” məlumat yayıb.
Bildirilib ki, Coli və Leblan noyabrda Baş nazir Castin Trüdonun Trampla müzakirə etdiyi məsələlərlə bağlı məsləhətləşmələri davam etdirmək niyyətindədirlər.