ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Hizbullah” hərəkatı tərksilah olunmalıdır”

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Hizbullah” hərəkatı tərksilah olunmalıdır”
# 20 iyul 2017 05:06 (UTC +04:00)

Beynəlxalq ictimaiyyət Livanın “Hizbullah” hərəkatına təzyiq göstərərək onun tərksilah olunmasına nail olmalıdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“Hizbullah” silah toplamaqda davam edir. Regionda vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu məsələyə diqqət yetirməlidir”, deyə N.Heyli qeyd edib.

O həmçinin BMT-nin Livandakı müvəqqəti qüvvələrinə “Hizbullah”dan gələn təhdidlərə ciddi yanaşmağı tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR