Bank Of Baku

Kolumbiyada aviabazaya hücum nəticəsində 5 nəfər ölüb

Kolumbiyada aviabazaya hücum nəticəsində 5 nəfər ölüb
# 22 avqust 2025 02:40 (UTC +04:00)

Kolumbiyanın Kali şəhərində aviabazanın yaxınlığında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.

"Kali növbəti dəfə narkotik-terror hücumunun qurbanı oldu. Bir neçə dəqiqə əvvəl aviabazanın yaxınlığında yük avtomobili partladı", - şəhərin meri Alexandro Eder deyib.

Eder bundan başqa hücuma görə məsuliyyət daşıyanların tapılmasına kömək edəcək məlumatlara görə mükafat elan edib.

Şəhərdə həmçinin yük avtomobillərinin saat 04:00-a qədər hərəkətinə məhdudiyyət qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR