Kolumbiyanın Arauka bölgəsində naməlum şəxslər "Bicentenario" neft kəmərinə terror hücumu həyata keçiriblər.
APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Hücumdan sonra "Bicentenario" neft kəməri ilə neftin ötürülməsi dayandırılıb, – məlumatda qeyd edilib.
Sızmanın nəticələrinin aradan qaldırılması planını işə salıb. Hücumun dəqiq nə vaxt baş verdiyi açıqlanmayıb.
Hazırda ərazidə təmizləmə işlərini fövqəladə hallar xidmətləri və ordu həyata keçirir.