Bank Of Baku

Kolumbiyada qızıl mədəninin çökməsi nəticəsində azı 9 nəfər ölüb

Kolumbiyada qızıl mədəninin çökməsi nəticəsində azı 9 nəfər ölüb
# 20 oktyabr 2026 01:58 (UTC +04:00)

Kolumbiyanın cənub-qərbində qanunsuz fəaliyyət göstərən qızıl mədənində çökmə baş verib.

“Caracol” telekanalının məlumatına görə, hadisə Narino departamentinin Santa-Barbara bələdiyyəsi ərazisində qeydə alınıb.

Departamentin sülh və insan hüquqları məsələləri üzrə katibi Aleks Qonsales bildirib ki, çökmə nəticəsində bir neçə işçi dağıntılar altında qalıb.

“Hazırda doqquz nəfərin həlak olması barədə məlumatımız var”, – o qeyd edib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ərazinin çətin keçilən olması və təhlükəsizlik problemləri əməliyyatı çətinləşdirir.

Telekanalın məlumatına görə, ölənlərin sayının 12–15 nəfərə çatacağı istisna edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR