Bank Of Baku

Kreml Trampın Ukraynada sülhə Zelenskinin maneə olması fikri ilə razıdır

Kreml Trampın Ukraynada sülhə Zelenskinin maneə olması fikri ilə razıdır
# 15 yanvar 2026 14:28 (UTC +04:00)

Kreml Ukrayna sülh müqaviləsinə Rusiya tərəfini deyil, Volodimir Zelenskini maneə adlandıran Donald Trampla razıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Burada (Trampın dedikləri ilə-red) razılaşmaq olar. Bu, həqiqətən də belədir. Prezident Putin və Rusiya tərəfi açıqlığını qoruyur", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, Kiyev üçün vəziyyət gündən-günə pisləşir və "qərar qəbuletmə dəhlizi daralır".

"Biz keçən il prezidentin məsuliyyəti öz üzərinə götürməsinin və müvafiq qərar verməsinin vaxtı olduğunu demişdik. İndiyə qədər Kiyev bunu etməyib", - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR