Bank Of Baku

Kreml Trampın xüsusi nümayəndəsinin Rusiyaya gəldiyini təsdiqləyib - YENİLƏNİB

Stiv Uitkoff

© APA | Stiv Uitkoff

# 11 aprel 2025 12:15 (UTC +04:00)

Kreml ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya gəldiyini təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Uitkoffun Rusiyada səfərdə olduğunu bildirib.

Peskov Putinin Uitkoffla görüşəcəyi təqdirdə Kremlin məlumat verəcəyini söyləyib.

***

10:48

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya gedib.

APA xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Uitkoffun bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Qeyd edilib ki, bu, Putin və Uitkoff arasında üçüncü görüş olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR