ABŞ sanksiyaları səbəbindən iyunun 6-dan etibarən Kuba ərazisində "Visa" və "Mastercard" ödəniş sistemləri ilə əməliyyatlar dayandırılacaq.
APA xəbər verir ki, bu barədə "Cubadebate" portalı Kuba Mərkəzi Bankına istinadən məlumat yayıb.
Məlumata görə, "Visa" və "Mastercard" əməliyyatlarını emal edən xarici bank Kuba dövlət maliyyə qurumu "Fincimex" ilə əməkdaşlığı dayandırdığını bildirib.
Nəticədə iyunun 6-dan etibarən Kuba ərazisində bu kartlarla həyata keçirilən əməliyyatlar mümkün olmayacaq.
Portal qeyd edib ki, qərar ABŞ Prezidenti Donald Trampın mayın 1-də Kuba ilə bağlı imzaladığı yeni məhdudiyyətlər çərçivəsində qəbul olunub.