ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşməyə hazırdır.
Bunu ABŞ dövlət katibi Marko Rubio NBC kanalına müsahibəsində bildirib.
O, ABŞ tərəfinin İran Prezidenti Məsud Pezeşkianla da görüşə hazır olduğunu deyib.
“Hazırda belə bir görüşün planlaşdırıldığını düşünmürəm, lakin əlbəttə ki, belə bir görüşün keçirilməsinə açığıq”, - Rubio qeyd edib.