Bank Of Baku

Meksika prezidenti ABŞ-ın Venesuelaya müdaxiləsinə qarşı çıxıb

Meksika Prezidenti Klaudia Şeinbaum

© APA | Meksika Prezidenti Klaudia Şeinbaum

# 05 yanvar 2026 18:49 (UTC +04:00)

Meksika Prezidenti Klaudia Şeinbaum Venesuelada baş verən hadisələri və Maduronun həbs edilməsini pisləyib.

APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

“Biz digər ölkələrin daxili işlərinə hər cür müdaxiləni qətiyyətlə rədd edirik”, – Şeinbaum bildirib.

Meksika Prezidenti vurğulayıb ki, ölkəsi suveren dövlət kimi ABŞ ilə narkotik qaçaqmalçılığına qarşı mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirir. O qeyd edib ki, bu əməkdaşlıq Meksikanın xarici siyasət prinsiplərinə zidd olan addımları qəbul etməsi anlamına gəlmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR