NATO növbəti liderlər sammitinin Albaniyada keçiriləcəyini, lakin tədbirin tarixinin hələ müəyyənləşdirilmədiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə NATO rəsmisi Anadolu Agentliyinin müxbirinə yazılı açıqlamasında bildirib.
Alyans rəsmisi beynəlxalq mətbuatda NATO sammitlərinin və yüksək səviyyəli görüşlərin sayının azaldılması ilə bağlı yayılan məlumatları şərh edərkən növbəti sammitin Albaniyada təşkil olunacağını təsdiqləyib.
Albaniyanın Baş naziri Edi Rama isə növbəti sammitin paytaxt Tiranada keçirilə biləcəyini, lakin bunun 2027-ci ildə deyil, 2028-ci ildə baş tutmasının mümkünlüyünü bildirib.
Qeyd edək ki, bundan əvvəl mətbuatda NATO-nun müdafiə xərclərini azaltmaq üçün yüksək səviyyəli görüşlərin sayını azaltdığına dair xəbərlər yayılıb.