Yeni modeldə buraxılış imtahanında maksimum bal 300, qəbulda 400 bal olacaq

Yeni modeldə buraxılış imtahanında maksimum bal 300, qəbulda 400 bal olacaq
# 20 oktyabr 2017 12:52 (UTC +04:00)

2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.

APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.

M. Abbaszadə qeyd edib ki, abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR