Bank Of Baku

Pit Heqset ABŞ prezidentliyinə namizədliyi ilə bağlı xəbərləri təkzib edib

Pit Heqset ABŞ prezidentliyinə namizədliyi ilə bağlı xəbərləri təkzib edib
# 29 avqust 2026 04:35 (UTC +04:00)

Pentaqon rəhbəri Pit Heqset “NBC News”un 2028-ci il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğu barədə xəbərlərini təkzib etdi.

APA xəbər verir ki, Heqset bu barədə öz “X” hesabında məlumat verib.

"Bu, tamamilə yalandır. Biz bunu NBC-yə dedik, amma onlar yalnız anonim mənbələr vasitəsilə yalan danışırlar. Mənim yeganə vəzifəm Müdafiə Nazirliyini yenidən möhtəşəm etməkdir", - Heqset yazıb.

Qeyd edək ki, “NBC News” mənbələrə istinadən Heqsetin 2028-ci ildə keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini yaxın ətrafı ilə müzakirə etdiyi haqda məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR