Gələn ildən Gürcüstan genişmiqyaslı infrastruktur layihələrinə start verəcək

Gələn ildən Gürcüstan genişmiqyaslı infrastruktur layihələrinə start verəcək
# 10 avqust 2017 09:46 (UTC +04:00)

Gürcüstanda genişmiqyaslı infrastruktur layihələri həyata keçiriləcək.

APA-nın yerli bürosunun məlumatına görə, bunu ölkənin baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.

“Gələn ildən etibarən misilsiz genişmiqyaslı layihələri gerçəkləşdirməyi planlaşdırırıq. 2018-ci ildən başlayacaq layihələrin əksəriyyəti hazırlıq mərhələsindədir”, - deyə baş nazir bildirib.

G. Kvirikaşvili qeyd edib ki, Gürcüstanın infrastrukturu əhəmiyyətli dərəcədə dəyişəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR