Azərbaycan bu il Cənub Qaz Dəhlizi layihələri üçün 500 mln. manat ayırıb

Azərbaycan bu il Cənub Qaz Dəhlizi layihələri üçün 500 mln. manat ayırıb
# 11 yanvar 2017 11:52 (UTC +04:00)

Bu il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə ayrılacaq vəsait məlum olub.

APA-Economics”in məlumatına görə, cari ildə bu məqsəd üçün 496 mln. 155 min manat vəsait xərclənəcək ki, bu da 2016-cı il ilə müqayisədə 1 mlrd. 859 mln. 163 min manat və ya 4,7 dəfə azdır.

Qeyd edək ki, bu, Azərbaycan prezidentinin Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında imzaladığı fərmanda əks olunub.

Xatırladaq ki, Dünya Bankının (DB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 mln. ABŞ dolları, Asiya İnfrastruktur İnvestisiya Bankı 600 mln. ABŞ dolları, Asiya İnkişaf Bankı (AİB) isə “Şahdəniz 2” layihəsinin genişləndirilməsi məqsədi ilə dövlət və özəl sektora 1 mlrd. ABŞ dolları məbləğində kreditin ayrılması ilə bağlı qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR