Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin qurultayı keçirilib

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin qurultayı keçirilib
# 07 noyabr 2017 08:57 (UTC +04:00)

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti (Az.GƏC) İctimai Birliyinin XVII qurultayı keçirilib.


APA-nın xəbərinə görə, qurultayda Cəmiyyətin 5 illik hesabat dövrünü əhatə edən fəaliyyəti və gələn 5 il üçün tədbirlər planlarının ümumi müzakirəsi aparılıb.

Az.GƏC-in sədri Səmiyar Abdullayev hesabat xarakterli çıxışında bildirib ki, gözdən əlil vətəndaşların mənzil probleminin həlli istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yüzlərlə ailənin mənzil şəraiti yaxşılaşdırılıb.

S. Abdullayev Cəmiyyətin 2012-2017-ci illər üzrə ümumi maliyyə dövriyyəsini əhatə edən rəqəmləri açıqlayıb. Cəmiyyət rəhbəri qeyd edib ki, 5 illik ümumi dövriyyə 301 229 manat civarındadır.

Qurultay zamanı hesabatların müzakirəsi və qiymətləndirilməsi ilə bağlı çıxışlar olub. Qurultay təşkilati məsələlərə də baxıb, səsvermə nəticəsində rəhbər orqanlara seçkilər keçirilib.

S. Abdullayev növbəti müddətə cəmiyyətin sədri seçilib.

Sonra cəmiyyətin məclisinə, idarə heyətinə üzvlərin seçilməsi ilə bağlı seçkilər keçirilib. Qurultayın sonunda cəmiyyətin növbəti 5 il müddətinə fəaliyyət istiqamətləri müəyyənləşdirilib və qərar layihəsi təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR