Bank Of Baku

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

ABŞ dövlət katibi Marko Rubio

© APA | ABŞ dövlət katibi Marko Rubio

# 01 noyabr 2026 01:54 (UTC +04:00)

Dünya ölkələri ərzaq və kənd təsərrüfatı məhsullarının ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə etməməlidirlər.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Atlantada keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair yazılı bəyanatında bildirib.

Rubionun sözlərinə görə, beynəlxalq ticarət sistemində ərzaq təchizatı zəncirlərindən təzyiq vasitəsi kimi istifadə halları getdikcə daha ciddi problemə çevrilir.

O qeyd edib ki, bəzi hökumətlər digər suveren dövlətlərə təzyiq göstərmək məqsədilə ərzaq ticarətini qəsdən ləngidir, dayandırır və ya bloklayırlar.

“Beynəlxalq ictimaiyyətin ərzaq və kənd təsərrüfatı məhsulları ticarətinin iqtisadi və ya siyasi məcburetmə vasitəsi kimi istifadə olunmaması barədə ortaq mövqeyə gəlməsi vacibdir”, – Rubio vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR