ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin İrana mümkün qədər tez daxil olmasına icazə verməlidir.
APA xəbər verir ki, Küveytdə jurnalistlərlə danışan Rubio İran hökumətini BAEA müfəttişlərinin ölkəyə qayıtmasına dərhal icazə verməyə çağırıb.
"Bu baş verməlidir. Onlar (İran rəsmiləri) bu öhdəliyi götürüblər və onu yerinə yetirməlidirlər", - Rubio bildirib.