Trampın mətbuat katibi Əsədi Hitlerlə müqayisə etdiyinə görə üzr istəyib

Trampın mətbuat katibi Əsədi Hitlerlə müqayisə etdiyinə görə üzr istəyib
# 12 aprel 2017 01:34 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın mətbuat katibi Şon Spayser Suriya prezidenti Bəşər Əsədi Adolf Hitlerlə müqayisə etdiyinə görə üzr istəyib.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Şon Spayser öz açıqlamasını yersiz adlandırıb.

“Hətta Hitler kimyəvi silahdan istifadə kimi alçaqlığa yol verməmişdi”, - deyə Spayser uğursuz açıqlama verib.

“Biz hətta İkinci Dünya Müharibəsində kimyəvi silahdan istifadə etmədik... Hətta Hitler kimyəvi silahdan istifadə etməyib”, - deyə o, İdlibdə kimyəvi silahdan istifadədə hökumət qüvvələrini ittiham edib.

Jurnalistlər brifinqdən sonra Spayserə nasist Almaniyasında qaz kameralarından istifadə olunduğunu xatırlatdıqda, Ağ Ev rəsmisi bu barədə məlumatlı olduğunu bildirib: “Hitler şəhərlərdə, öz vətəndaşlarına qarşı kimyəvi silahlardan Əsəd kimi istifadə etməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR