Balakəndə 51 yaşlı kişi intihar edib

Balakəndə 51 yaşlı kişi intihar edib
# 09 avqust 2017 06:58 (UTC +04:00)

Balakəndə 51 yaşlı kişi intihar edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 05 radələrində rayonun Qullar kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Vaqif Sirac oğlu Papaxovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. 51 yaşlı Vaqif Papaxovun hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR