Elektron Təhlükəsizlik Xidməti kino və filmlərdə uşaqları üçün zərərli informasiyaların ekspertizasını aparacaq

Elektron Təhlükəsizlik Xidməti kino və filmlərdə uşaqları üçün zərərli informasiyaların ekspertizasını aparacaq
# 19 dekabr 2019 17:38 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifələri artırılıb.

APA-nın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnaməsində dəyişiklik edilib.

Fərmana əsasən, nazirliyin vəzifələri sırasına “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud bu qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə həmin informasiya məhsullarının ekspertizasını nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti vasitəsilə təşkil etmək daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR