ABŞ-ın Azərbaycandakı səfiri "ABAD” sərgi-satış mərkəzində olub

ABŞ-ın Azərbaycandakı səfiri "ABAD” sərgi-satış mərkəzində olub
# 16 noyabr 2017 14:32 (UTC +04:00)

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta "ABAD” sərgi-satış mərkəzində olub.

APA-nın məlumatına görə, “ABAD”ın direktor müavini Ülvi Bədəlov mərkəzin yaranması, fəaliyyəti, məhsulların hazırlanması barədə danışıb. Səfir satışa çıxarılmış məhsullarla tanış olub.

Səfir jurnalistlərə bildirib ki, ABŞ prezidenti Donald Tramp noyabr ayını Sahibkarlıq ayı elan edib. Bu həftə Qlobal sahibkarlıq həftəsi kimi qeyd olunur. O, Azərbaycan sahibkarlarının fəaliyyəti ilə tanış olmağa çalışdığını bildirib: “Ssatış mərkəzində sənət işlərinə baxıb görə bilərik ki, azərbaycanlılar yaradıcılıq qabiliyyətlərini ortaya qoyaraq, sənət işlərini sərgiləyirlər. Bunların çoxu ucqar yerlərdə yaşayan insanlardır. Onların arasında kifayət qədər xanım da var, tək kişilər deyil. Bu da mühüm amildir. Kişilərlə yanaşı, qadınlar üçün də gəlir mənbəyi yaradılmış olur. Bu layihəni icra edən insanları təbrik edirəm. Hesab edirəm ki həm təşəbbüskarlar həm də iştirakçılar faydalanır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR