DİN Kürdəmirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb

DİN Kürdəmirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb
# 16 iyul 2018 10:00 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Kürdəmirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 14-də saat 22 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində İmişli rayon sakini Mirdamət Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə M.Abbasov və sərnişinlərindən - nənəsi Naibə Rəhimova hadisə yerində ölüb, digər üç sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR