Azərbaycanda dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib

Azərbaycanda dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib
# 22 iyul 2015 12:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda (xilasetmə məntəqəsinin ərazisində) və Abşeron rayonunda 2 nəfər dənizdə (xilasetmə məntəqəsindən 750 metr solda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Hər iki şəxs FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR