Putin BMT-də çıxışı zamanı İŞİD-ə qarşı mübarizədən danışacaq

Putin BMT-də çıxışı zamanı İŞİD-ə qarşı mübarizədən danışacaq
# 10 sentyabr 2015 13:37 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya prezidenti Vladimir Putin BMT-də çıxışı zamanı Suriya böhranı və İŞİD-ə qarşı mübarizə məsələlərinə diqqət yetirəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Rusiya-Suriya hərbi əlaqələrinə gəldikdə, D. Peskov qeyd edib ki, ikitərəfli görüşlərlə bağlı müxtəlif variantlar nəzərdən keçirilir.

D. Peskov həmçinin Rusiya prezidentinin Roma papası ilə görüşünün planlaşdırılmadığını deyib.

Qeyd edək ki, BMT-nin yubiley sessiyası sentyabrın 15-də Nyu-Yorkda başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR