Bank Of Baku

Tramp 1 milyon miqrantı ABŞ-dan deportasiya etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 12 aprel 2025 23:48 (UTC +04:00)

Prezident Donald Trampın administrasiyası ABŞ-dan təxminən 1 milyon qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Qəzet bildirir ki, bu planlarla yaxından tanış olan dörd hazırkı və keçmiş federal məmurun sözlərinə görə, şəxsi müzakirələrdə daima bir mühüm rəqəm vurğulanır: bu, 1 milyondur.

Qəzetin məlumatına görə, bu rəqəm, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası dövründə tətbiq olunan 400 min deportasiya rekordunu xeyli üstələyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR