Bank Of Baku

Tramp: ABŞ-ın hava hücumları İranın nüvə potensialını sıradan çıxardı

Tramp: ABŞ-ın hava hücumları İranın nüvə potensialını sıradan çıxardı
# 23 oktyabr 2025 16:40 (UTC +04:00)

ABŞ-ın iyun ayında hava hücumları İranın nüvə potensialını sıradan çıxarıb.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına bildirib.

Tramp əməliyyatı qüsursuz hücum kimi qiymətləndirib.

“ABŞ-ın iyun ayında hava hücumları İranın nüvə obyektlərini cəhənnəmə döndərdi və nüvə potensialını sıradan çıxardı. Tehran sağ qalmaq üçün mübarizə apardı”, - Ağ Ev lideri qeyd edib.

Tramp əlavə edib ki, sanksiyalar İranı çox zəiflədib.

O, İranın yüksək rütbəli hərbi komandirlərinin, o cümlədən Qasım Süleymaninin öldürülməsini Tehranın qüdrətinin zəiflədilməsinin açarı kimi göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR