ABŞ Prezidenti Donald Tramp, Federal Ehtiyat Sisteminin (ölkənin mərkəzi bankı funksiyasını yerinə yetirir) əsas faiz dərəcəsini aşağı salmağa nail ola bilmədiyi təqdirdə, maliyyə naziri Skott Bessentin vəzifədən uzaqlaşdırılmasını mümkün hesab etdiyini bildirib.
APA xəbər verir ki, Tramp bu açıqlamanı Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı biznes forumunda çıxışı zamanı səsləndirib.
FES sədri Cerom Pauell haqqında danışan Tramp maliyyə nazirindən “ona təsir göstərməyi” tələb edib.
Prezident Pauelli tənqid edərək bildirib ki, "onun psixologiyasında problem var, nəsə qaydasında deyil”.
Tramp uzun müddətdir ki, FES-in əsas faiz dərəcəsini ardıcıl şəkildə endirmədiyi üçün qurum rəhbərini sərt şəkildə ittiham edir.