Bank Of Baku

Tramp: ABŞ narkokartellərlə mübarizə aparmaq üçün yerüstü hədəflərə hücum edəcək

Tramp: ABŞ narkokartellərlə mübarizə aparmaq üçün yerüstü hədəflərə hücum edəcək
# 07 dekabr 2025 08:27 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp, silahlı qüvvələrin Latın Amerikasındakı narkotik kartellərinə qarşı mübarizənin bir hissəsi olaraq tezliklə yerüstü hədəflərə zərbələr endirməyə başlayacağını açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə dekabrın 6-da Dövlət Departamentində keçirilən təntənəli qəbulda çıxış edərkən bildirib.

"Biz çox sərt mövqe tutduq və insanlar bunu bəyənirlər. Dəniz yolu ilə ölkəmizə gələn narkotiklərin həcmi 94% azalıb. Biz eyni prosesi quruda da başlayacağıq. Çünki hər marşrutu, hər binanı, harada yaşadıqlarını bilirik. Biz onlar haqqında hər şeyi bilirik", - o bildirib.

Tramp son bir ildə ABŞ-da narkotik istifadəsi nəticəsində təxminən 300.000 insanın öldüyünü açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR