Bank Of Baku

Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 03 noyabr 2026 17:34 (UTC +04:00)

ABŞ İsrailə illik 4 milyard dollarlıq hərbi yardımı dayandıracaq.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında deyib.

Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu ilə bu barədə razılığa gəlib.

“Biz bir neçə ay əvvəl razılaşdıq və onlar (israillilər) bununla razıdırlar. Çünki İsrail uğurlu bir ölkədir. Onlara yardım lazım deyil və daha onlara kömək etməyəcəyik”, - Tramp bildirib.

O əlavə edib ki, ehtiyac yarandıqda, ABŞ İsrailə kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR