İranın heç vaxt nüvə silahı olmayacaq.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
O bildirib ki, ABŞ heç vaxt olmadığı qədər güclüdür.
“Neft axır, İran heç vaxt nüvə silahına sahib ola bilməz-dünya təhlükəsiz olacaq! Birjalar sürətlə böyüyür, məşğulluq rekord səviyyədədir və qiymətlər düşür - əlçatanlıq! Ölkəmiz hər zamankından daha güclü, təhlükəsiz və hörmətlidir”, - Tramp qeyd edib.