ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı vəziyyətlə bağlı bir neçə görüş keçirməyi planlaşdırdığını bildirib.
APA xəbər verir ki, Tramp Nyu-York meri Zohran Mamdani ilə görüşdən sonra jurnalistlərə açıqlamasında İranın hazırda çətin vəziyyətdə olduğunu iddia edib.
“Onların vəziyyəti yaxşı deyil. Üstəlik, bu gün bu məsələ ilə bağlı görüşlərim var. Onların vəziyyəti çox pisdir”, – ABŞ Prezidenti deyib.
Tramp İranla bağlı danışıqları konkret olaraq kimlərlə aparacağını açıqlamayıb. Prezidentin Nyu-Yorkdakı proqramında Fransa Prezidenti Emmanuel Makronla görüş də nəzərdə tutulub. BMT Baş Assambleyası çərçivəsində İran məsələsinin Trampın Körfəz ölkələrinin liderləri ilə danışıqlarında da gündəmdə olacağı gözlənilir.