“İranla danışırıq və işlər yaxşı gedir. Lakin problem ondadır ki, onlar prosesi uzatmağa çalışırlar”.
APA xəbər verir ki, bunu “Axios”a açıqlaması zamanı ABŞ prezidenti Donald Tramp deyib.
O, İranla bağlı hərbi əməliyyatların bərpası barədə qərar verməyə tələsmədiyini də vurğulayıb.
Trampın sözlərinə görə, Tehran Vaşinqtonun gözlədiyi qədər tələskənlik nümayiş etdirməsə də, hər zamankından daha çox razılaşma əldə etmək istəyir.