Bank Of Baku

Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 15 iyul 2026 18:31 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp İsrailin Livandan və Suriyadan geri çəkilməsinin bölgədə vəziyyətin sabitləşməsinə kömək edə biləcəyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

"Düşünürəm ki, Livanın cənubundan və Suriyanın cənubunun bəzi hissələrindən çıxmaq yaxşı olardı. O zaman vəziyyətin bir qədər sakitləşdiyini görə bilərsiniz. Çünki enerjimizi daha böyük məsələyə – İrana yönəltməliyik", – ABŞ Prezidenti qeyd edib.

Tramp, həmçinin Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraanın “Hizbullah”a qarşı əməliyyat keçirmək istədiyini deyib.

"Əhməd əl-Şaraa “Hizbullah”a qarşı əməliyyat keçirmək istəyərdi və bunu fərqli üsulla edərdi. O, binaları dağıtmazdı. Mən binaların dağıdılmasını görməyə nifrət edirəm. Düşünürəm ki, o, bunu daha dəqiq həyata keçirərdi”, – Tramp vurğulayıb.

"Fox News"un aparıcısının "Bunun üçün onun sizdən “yaşıl işıq” alması lazımdırmı?" sualına cavab olaraq Tramp "bu barədə düşünürəm", – deyə cavab verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR