Bank Of Baku

Tramp: Karni ilə münasibətlərim əladır, o tezliklə Ağ Evə gələcək

Tramp: Karni ilə münasibətlərim əladır, o tezliklə Ağ Evə gələcək
# 30 aprel 2025 22:51 (UTC +04:00)

“Mənim Karni ilə münasibətlərim əladır. O, dünən mənə zəng etdi. Dedi: “Gəlin bir razılaşma bağlayaq.”

APA xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni haqqında deyib.

Tramp Karninin də ona nifrət etdiyini, lakin ondakı nifrətin sabiq Baş nazir Trüdodakı qədər olmadığını vurğulayıb.

“Onların hər ikisi Trampdan nifrət edirdilər. Bu şəxs Trampdan daha az nifrət edir. Karni özü kifayət qədər liberal insandır. Mən dünən onunla danışdım. O, çox nəzakətli idi. Mən onu təbrik etdim.”, - Tramp bildirib.

Tramp daha sonra Kanadada keçirilən növbədənkənar parlament seçkilərinə də toxunub.

“Bilirsiniz, vəziyyət olduqca qeyri-müəyyəndir, çünki nəticələr demək olar ki, bərabərdir, bu da ölkə üçün çətinlik yaradır. Bu, çox sıx bir yarışdır. Amma o, çox xoş bir insandır və o, tezliklə Ağ Evə gələcək”, - Tramp deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR