Media subyektinə dair tələblər müəyyənləşir.
APA-nın məlumatına görə, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, media subyektinə dair tələblər aşağıdakılardır:
- təsisçi fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;
- media subyekti fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- yuxarıda nəzərdə tutulmuş tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir.
Layihəyə əsasən, aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
- siyasi partiyalar (çap mediası istisna olmaqla);
- dini qurumlar (çap mediası istisna olmaqla).
Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir. Audiovizual media subyektinin iştirakçılarının tərkibində hər hansı bir dəyişiklik edilməzdən 1 ay əvvəl Şuraya məlumat verilməlidir. Şura dəyişikliyin bu Qanunun tələblərinə uyğun olması barədə 1 ay müddətində əsaslandırılmış rəy verir. Verilmiş müsbət rəy əsasında audiovizual media subyektinin iştirakçılarının tərkibində edilmiş dəyişikliyi təsdiq edən sənədlər 1 ay müddətində Şuraya təqdim olunmalıdır. Audiovizual media subyekti Şuraya, digər media subyektləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsisçiləri və iştirakçıları, habelə idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabr ayının 30-dək təqdim etməlidir.
Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli olmalı, habelə qanunun tələblərinə cavab verməlidir.
Qeyd edək ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər. Kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə olunmasına həmin qurumların razılığı ilə yol verilir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını özündə əks etdirən (yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) və ya əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni və ya oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür).
Azərbaycanda partiyalar və dini qurumlar telekanal, xəbər saytı, informasiya agentliyi təsis edə bilməyəcək
Sosial
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində ölüb
Musa Quliyev: Dəyişiklikdən sonra hərbiçilər, dövlət qulluqçuları və diplomatların pensiyalarında azalma olmayacaq
Xəbər Lenti
Tramp tezliklə İranla bağlı qərarın veriləcəyini açıqlayıb
ABŞ İranın dəniz blokadasının bərpasından sonra 125 ticarət gəmisinin istiqamətini dəyişib
Kürdəmirdə şadlıq evində zəhərlənənlərin sayı 50 nəfərə çatıb - YENİLƏNİB
Pentaqon Ukraynaya ayrılan 400 milyon dolları istifadə edib
Zığ şosesində qəza olub, yük avtomobili aşıb, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb - YENİLƏNİB
“Flydubai”ın İsrailə uçuşları altı gün müddətinə dayandırılır
Ronaldo millinin düşərgəsini tərk edib
İsrailin Qəzzaya hücumu nəticəsində daha bir fələstinli jurnalist öldürülüb
Şamaxıda avtomobil piyadanı vurub öldürüb
Makron Böyük Britaniyanın Aİ-yə qayıtmasını dəstəkləyib
Tramp ABŞ-ın İraqdakı missiyasının başa çatdığını elan edib
Ayxan Abbasov: Millilər arasında zəif rəqib olmur
Azərbaycan və Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilir
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
İsrail XİN: “Flydubai” təyyarəsindəki hadisə terror aktına cəhd olub
Azərbaycan-Gürcüstan enerji əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunub
ABŞ-ın müdafiə sənayesi şirkətləri Bakıda keçirilən ADEX 2026 sərgisində iştirak ediblər
Azərbaycanın Baş Qərargah rəisi Türkmənistan hərbi nümayəndə heyəti ilə görüşüb
Bakıda Kolumbiyanın sənətkarlıq nümunələrinin sərgisi açılıb
“Birliyin Gücü – 2026” birgə hərbi təlimində təcrübə mübadiləsi aparılıb- VİDEO
Kəngərlidə yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib
Türkiyədə klub idarəçisi olan 448 nəfərin mərc oynadığı müəyyənləşib, onların arasında “Trabzonspor”in prezidenti də var
Zaxarova Paşinyanın Rusiya ilə münasibətlər barədə bəyanatına münasibət bildirib
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
Rutte Rusiyanın NATO-ya Kalininqradla bağlı nüvə xəbərdarlığı etdiyini təsdiqləyib
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
Külək güclənəcək - XƏBƏRDARLIQ
ASELSAN Naxçıvanda zavod açacaq
Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun cinayət işi baxışa verilib
Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
Bakıda keçirilən "ADEX 2026"-dan FOTOLENT
Azərbaycan və Rusiya Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanıb
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyə və Azərbaycan müdafiə sənayesi sahəsində 500 mln. dollarlıq müqavilələr imzalayıb
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı - FOTO
Netanyahu: “Flydubai”nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir
Azərbaycanda yeni qumbaraatan istehsal olunub
Slovakiyanın özüyeriyən minaatanı "ADEX 2026"-da nümayiş olunub - FOTO
Azərbaycan və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı Bakıda sərgidə nümayiş olunur
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək - FOTOLENT
PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
Arzu Nağıyev: ADEX Azərbaycanın müdafiə sənayesi potensialını dünyaya nümayiş etdirən strateji platformadır