Bank Of Baku

Tramp: Netanyahu İranda neft-qaz obyektlərinə zərbələri dayandıracağını vəd edib

Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald Tramp

© APA | Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald Tramp

# 19 mart 2026 20:34 (UTC +04:00)

İsrailin İranda neft-qaz obyektlərinə zərbələr endirməsi dayandırıla bilər.

Sky News xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşü zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Mən ona dedim ki, bunu bir daha etməsin və o da bunu etməyəcək”, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, ABŞ və İsrail müstəqil fəaliyyət göstərsə də, addımlarını koordinasiya edir.

“Bəzən o müəyyən addımlar atır və əgər bu mənim xoşuma gəlmirsə, biz bunu etmirik”, – deyə ABŞ prezidenti əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR