Mətnə video əlavə olunub.
***
18:34
Xəbərə fotolar əlavə edilib.
***
16:15
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Əzizbəyov kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" ilə "VAZ 2106 "markalı minik maşınları toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.