Kabildə törədilmiş güclü partlayış nəticəsində 15 nəfər ölüb, 400 nəfər yaralanıb - YENİLƏNİB

Kabildə törədilmiş güclü partlayış nəticəsində 15 nəfər ölüb, 400 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 07 avqust 2015 03:30 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “TOLO News” telekanalının məlumatına əsasən, partlayış Əfqanıstan paytaxtının şərqindəki Şah Şəhid məhəlləsində törədilib. Hədəfin Müdafiə Nazirliyinin obyektlərindən birinin olduğu bildirilir.

Telekanalın məlumatına görə, partlayış nəticəsində bir neçə tikili uçub. Uçqun altında hələ də insanların qaldığı ehtimal edilir. Son olaraq yaralıların sayının 400 olduğu açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR