Bank Of Baku

Ağcabədi Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib

Ağcabədi Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib
# 16 avqust 2021 12:54 (UTC +04:00)

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun əmri ilə Həsənov Qalib Şamil oğlu Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Qeyd edək ki, Qalib Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub. 1995-ci ildə Azərbaycan Universitetinin “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bakalavr, 1999-cu ildə isə “Beynəlxalq iqtisadi munasibətlər” ixtisası üzrə magistr pilləsini bitirib.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində başlayıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyində III katib, II katib, 2000-2004-cü illərdə Azərbaycan Republikasının İstanbul şəhərindəki Baş Konsulluğunda vitse-konsul, konsul, 2004-2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində müşavir vəzifəsində çalışıb.

Qeyd edək ki, Qalib Həsənov birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR